Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə Azərbaycan millisi medal hesabını açıb.
Sportnet.az xəbər verir ki, Əhməd Yusifov (-60 kq) bürünc mükafata yiyələnib.
Cüdoçu üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo
Janı yuko xalı ilə məğlub edib.
Sabah daha 4 cüdoçu mübarizəyə qoşulacaq.












































































