Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/8 final matçına çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib Qazaxıstan yığması olub.
"Tipos Arena"da təşkil olunmuş qarşılaşma Elşad Quliyevin baş məşqçisi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb - 3:2.
Azərbaycan millisi 1/4 finalda Çexiya ilə üz-üzə gələcək. Oyun iyunun 2-də keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriyaya 1:0, İtaliya və Fransaya 3:2 hesabı ilə qalib gələrək, F qrupunun lideri olub.





































































