2026-cı il dünya çempionatında bu gün II turun son oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ümumilikdə 4 qarşılaşma K və L qruplarında baş tutacaq.
Günün ilk və son matçları K qrupunda gerçəkləşəcək. Portuqaliya debütant Özbəkistanı, Kolumbiya Konqo Demokratik Respublikası (DR) yığmasını sınağa çəkəcək. İlk turda Portuqaliya Konqo DR ilə heç-heçə edib - 1:1. Kolumbiya isə Özbəkistana 3:1 hesabı ilə qalib gəlib.
L qrupunda isə İngiltərə - Qana, Panama - Xorvatiya qarşılaşmaları oynanılacaq. İlk turda İngiltərə Xorvatiyanı 4:2, Qana isə Panamanı 1:0 hesabı ilə yenib. Panama millisinin heyətində "Turan Tovuz"dan çağırılmış Roderik Miller də yer alıb. O, I tur matçında sonadək ehtiyatda qalıb.
DÇ-2026
II tur
K qrupu
21:00. Portuqaliya - Özbəkistan
Baş hakim: Cəlal Cayed (Mərakeş)
Hyuston (ABŞ), NRG stadionu
06:00. Kolumbiya - Konqo DR
Baş hakim: Mauritsio Mariani (İtaliya)
Qvadalaxara (Meksika), "Akron" stadionu
Xal durumu: Kolumbiya - 3, Konqo DR - 1, Portuqaliya - 1, Özbəkistan - 0
L qrupu
00:00. İngiltərə - Qana
Baş hakim: Səid Martines (Honduras)
Foksboro (ABŞ), "Cilett" stadionu
03:00. Panama - Xorvatiya
Baş hakim: Pyer Gislen Atço (Qabon)
Toronto (Kanada), "Bimo Fild" stadionu
Xal durumu: İngiltərə - 3, Qana - 3, Panama - 0, Xorvatiya - 0
Qeyd edək ki, daha əvvəl Meksika, ABŞ, Almaniya, Argentina, Fransa və Norveç milliləri DÇ-2026-nın 1/16 finalına vəsiqəni təmin edib. Haiti, Türkiyə, Tunis və İordaniya isə qrupda qalıb.












































































