Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkü atılıb.
Sportnet.az xəbər verir ki, ilk turda üz-üzə gələcək komandalar bəlli olub.
Püşk nəticəsində ilk turun təqvimi belə müəyyənləşib:
"Turan Tovuz" - Qəbələ"
"Şamaxı" - "Qarabağ"
"Kəpəz" - "Sabah"
"Sumqayıt" - "Neftçi"
"Araz-Naxçıvan" - "İmişli'
"Zirə" - "Şəfa"
Şamaxı şəhər stadionunda süni işıqlandırma sistemi olduğundan, ilk turda "Şamaxı" - "Qarabağ" cütü "Qarabağ" - "Şamaxı" cütünə çevriləcək və oyun Ağdam təmsilçisinin meydançasında təşkil olunacaq.
Liqa 3 dövrədən ibarət olacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.









































































