"Azərbaycanda biznes sənayesi inkişaf etməyib. Bu, bizim ən yaralı yerimizdkr".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
O, yebi soonsirlar cəlb edilməsi istiqamətində cəhdlərin davam etdiyini söyləyib: "Cəhdlər göstərməyə davam edirik. Dəstək olan ən böyük qurumlardan biri Gənclər və İdman Nazirliyidir. Bakıya gələcək tanınmış idmançılar üçün imza günləri təşkil edəcəyik. Hər gün mətbuat konfransları keçirəcəyik. Çempion və mükafatçılarla imza günləri planlaylrıq. Bu daha çox onların planlarından asılıdır".













































































