2026-cı il dünya çempionatının ikinci yarımfinal oyununda İngiltərə və Argentina milli komandaları qarşılaşır.
Sportnet.az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərindəki "Mersedes Bens" stadionunda keçirilən görüşü yerli FIFA referisi İsmayıl Əlfət idarə edir.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Bu cütün qalibi iyulun 19-da keçiriləcək finalda İspaniya ilə üz-üzə gələcək. İspanlar digər yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edərək həlledici oyuna vəsiqə qazanıblar.
DÇ-2026
Yarımfinal
15 iyul
23:00. İngiltərə - Argentina - 0:0 (İKİNCİ HİSSƏ)
Baş hakim: İsmayıl Əlfət (ABŞ)
Atlanta (ABŞ), "Mersedes Bens" stadionu
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Mundialın son çempionu Argentinadır. Cənubi Amerika təmsilçisi 2022-ci ildə Qətərdə təşkil olunan yarışın finalında Fransanı əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında 4:2 hesabı ilə üstələyərək dünya çempionu olmuşdu.











































































