"Qarabağ" və İslandiyanın "Vestri" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarının başlama saatları və stadionları açıqlanıb.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk matç iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Görüşün start fiti saat 20:00-da çalınacaq.
Cavab qarşılaşması isə iyulun 17-də Reykyavik şəhərindəki "Trottarvöllur" stadionunda gerçəkləşəcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.








































































