Gəncə şəhəri iyulun 18-19-da karate üzrə "Olimpiya Ümidləri" beynəlxalq turnirinə ev sahibliyi edəcək.
Karate Federasiyasından Sportnet.az-a bildirilib ki, yarışda bir sıra ölkələrdən idmançıların iştirakı nəzərdə tutulur.
Turnirin gənc karateçilərin beynəlxalq təcrübə qazanmasına və ölkələr arasında idman əlaqələrinin inkişafına töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, turnirin təntənəli açılış mərasimi iyulun 18-də saat 17:00-da Gəncə Olimpiya İdman Sarayında keçiriləcək.













































































