Fransa milli komandasının baş məşqçisi Didye Deşam vəzifəsindən ayrılır.
Sportnet.az xəbər verir ki, komandanın 2ünya çempionatının yarımfinalında İspaniyaya məğlub olaraq mübarizəni dayandırmasından sonra Deşamın yığmadakı fəaliyyəti başa çatıb.
Bildirilib ki, Fransa millisinin baş məşqçisi vəzifəsinə Zinəddin Zidanın təyin olunacağı gözlənilir.
Didye Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Onun baş məşqçiliyi dövründə komanda 2018-ci ildə dünya çempionu olub, həmçinin bir dəfə dünya çempionatının finalına və bir dəfə yarımfinalına yüksəlib.












































































