Belçika millisinin yarımmüdafiəçisi Yuri Tilemans karyerasını İngiltərə "Mançester Yunayted"ində davam etdirəcək.
Sportnet.az xəbər verir ki, "qırmızı şeytanlar" futbolçunu "Aston Villa"dan transfer edib.
Tərəflər arasında 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Transferdən sonra klubun rəsmi saytına danışan Tilemans "Mançester Yunayted"ə qoşulduğu üçün qürur hissi keçirdiyini bildirib: "Belə xüsusi kluba keçid etmək mənim üçün inanılmaz hadisədir. Bu, futbola vurulduğum ilk gündən bəri göstərdiyim fədakarlığın bəhrəsidir. Klubdakı hər kəsin məqsədi aydındır – qarşıdakı illərdə ən böyük kuboklar uğrunda mübarizə aparmaq istəyirik".
Qeyd edək ki, Yuri Tilemans 2025/2026 mövsümündə "Aston Villa"nın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə verib. O, həmçinin 2026-cı il dünya çempionatında Belçika millisinin əsas simalarından biri kimi komandasının 1/4 finala yüksəlməsinə töhfə verib.













































































