ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ilk oyunu bu gün keçiriləcək.
Sportnet.az xəbər verir ki, , raundun ilk matçında Fransa və İspaniya milliləri münasibətlərə aydınlıq gətirəcəklər.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İngiltərə - Argentina duelinin güclüsü ilə üz-üzə gələcək.
DÇ-2026
14 iyul
23:00. Fransa - İspaniya
Baş hakim: İvan Barton (Salvador).
Dallas stadionu
Xatırladaq ki, DÇ-2026-nın final oyunu iyulun 19-da keçiriləcək.











































































