"Turan Tovuz" komandası Türkiyədəki təlim-məşq toplanışını dayandıraraq, Vətənə qayıdıb.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, Ankara bölgəsindəki Kızılcahamam toplanışı cəmi 4 gün davam edib.
İdman Arbitraj Məhkəməsi Tovuz təmsilçisinin UEFA Konfrans Liqasından kənarlaşdırılmasına dair qərarını qüvvədə saxladıqdan sonra klub bu addımı atıb. Qərarın qəbulu prosesində hazırkı dövrdə uyğun sınaqçı rəqiblərin azlığı da rol oynayıb.
Artıq avrokuboklarda iştirak etməyəcəyini nəzərə alan "Turan Tovuz" rəhbərliyi bütün diqqətlərini Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə yönəldib. Çempionatın startına hələ 2 ayadək vaxt qaldığından, komanda Ankaradan qayıdan kimi istirahətə buraxılıb.
Kurban Berdıyevin baş məşqçi olduğu kollektivin iyulun 5-də yenidən qardaş ölkəyə təlim-məşq toplanışına yoxlanması nəzərdə tutulub.
Qeyd edək ki, UEFA Konfrans Liqasında "Turan Tovuz" klubunu "Zirə" əvəzləyib.




















































































