Azərbaycan I Liqasında çıxış edəcək MOİK və "Xankəndi" komandaları 2026/2027-ci illər mövsümündə ev oyunlarını Xankəndi şəhər stadionunda keçirəcək.
Sportnet.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov CBC Sport telekanalına açıqlamasında deyib.
O bildirib ki, hər iki klub yeni mövsümdə rəqiblərini Xankəndi şəhər stadionunda qəbul edəcək.
Bununla da sözügedən arena yeni mövsümündə həm MOİK-in, həm də "Xankəndi"nin ev oyunlarına ev sahibliyi edəcək.














































































