Yeni mövsümün transfer çalışmalarını fasiləsiz davam etdirən "Gəncə" basketbol klubu növbəti addımını atıb.
Sportnet.az xəbər verir ki, Gəncə təmsilçisi Əlibəy Məmmədli ilə razılığa gəlib. 21 yaşlı basketbolçu ilə qarşıdakı mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladak ki,gənc oyunçu 2023/2024-cü illər mövsümündə də "Gəncə"nin şərəfini qoruyub.
Qeyd edək ki, vaxtilə U-18 və U-20 millilərinin heyətinə cəlb olunmuş Məmmədli, hazırda kişilərdən ibarət 3×3 yığmamızın üzvüdür.















































































