Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına yollanıb.
Sportnet.az xəbər verir ki, yığma komanda hazırlıq prosesini Şamaxı şəhərində keçəcək.
Məşqçilər hazırlıq prosesinə U-17 ölkə çempionatında fərqlənən 22 boksçunu cəlb edib. Hazırlıq prosesində əsas diqqət idmançıların taktiki hazırlığına yönəldiləcək.
Qeyd edək ki, qarşıdakı Avropa çempionatına hazırlıq xarakteri daşıyan bu təlim-məşq toplanışı avqustun 17-də yekunlaşacaq.










































































