"Qarabağ" klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo Kiyev" komandası ilə mübarizədən qalib ayrılsa, səpələnmişlər səbətinə düşəcək.
Rəqiblər isə aşağıdakılardan biri olacaq:
"Xetafe" (İspaniya)
"Tvente" (Niderland) - DAC 1904 (Slovakiya) cütünün qalibi
"Beytar" (Yerusəlim, İsrail) - "Austriya" (Vyana, Avstriya) cütünün qalibi
"Makkabi" (Təl-Əviv, İsrail) - MOİK (Sofiya, Bolqarıstan) cütünün məğlubu
Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.











































































