Türkiyənin "Qalatasaray" klubu Rusiya "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksey Batrakovun transferində maraqlıdır.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Səfa Kaan Öztürk məlumat yayıb.
Mənbənin iddiasına əsasən, tərəflər arasında 21 yaşlı futbolçunun transferi ilə bağlı rəsmi danışıqlara start verilib. Bildirilir ki, "Qalatasaray" üçün Batrakovun namizədliyi Fransanın "Strasburq" klubunun yarımmüdafiəçisi Xulio Ensisodan daha prioritet hesab olunur.
Qeyd edək ki, Aleksey Batrakov 2024-cü ilin yanvarından "Lokomotiv"in əsas komandasında çıxış edir. O, 2025/2026 mövsümündə keçirdiyi 36 oyunda 17 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Rusiyalı futbolçunun "Lokomotiv"lə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.
"Transfermarkt" portalı Batrakovun transfer dəyərini 28 milyon avro qiymətləndirir.







































































