Azərbaycanlı futbolçu Murad Məmmədov yeni klubunda ilk rəsmi oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi Kiprin “Pafos” komandası UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Hayduk”la cavab qarşılaşmasında 4:0 hesablı qələbə qazanıb.
Bu nəticə sayəsində iki oyunun yekununda rəqibini 4:2 hesabı ilə üstələyən “Pafos” növbəti mərhələyə yüksəlib.
Matça ehtiyat oyunçular skamyasında başlayan Murad Məmmədov 82-ci dəqiqədə meydana daxil olub. O, İvan Şuniçi əvəzləyib.
Bu qarşılaşma Azərbaycan millisinin üzvü üçün “Pafos”un heyətində ilk rəsmi matç olub.
Qeyd edək ki, Murad Məmmədov may ayında “Neftçi”dən ayrılaraq Kipr klubuna transfer olunub.












































































