“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka "Orhus"una qarşı keçirəcəyi oyunların vaxtı müəyyənləşib.
Sportnet.az rəqib klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk oyun avqustun 5-də Randers şəhərində keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Cavab matçı isə avqustun 11-də Masazırdakı "Əlincə Arena"da ("Bank Respublika Arena") baş tutacaq.
“Sabah”la oyunlar səbəbindən Danimarka Super Liqasında “Orhus"un “Viborq”la IV tur səfər matçı 14 avqusta təyin olunub.













































































