Estoniya "Payde"si "Zirə"yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü üçün Azərbaycana daha erkən gəlib.
Sportnet.az xəbər verir ki, qonaq komanda səfərdə ilk məşqinə "Sabah"a məxsus "Bank Respublika Arena"nın ehtiyat meydançasında çıxıb.
Klub məşq paylaşımında arenanın baxımsız vəziyyətdə olduğunu da nümayiş etdirib.
Qeyd edək ki, "Payde"nin növbəti məşqi bu gün matçın keçiriləcəyi Sumqayıtdakı "SOCAR Polymer Arena"da gerçəkləşəcək. Saat 19:00-da başlanacaq məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq. Saat 18:30-da isə baş məşqçi Tarmo Kinkin mətbuat konfransı nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 30-da keçiriləcək "Zirə" - "Payde" matçı saat 20:00-da başlanacaq.




















































































