“Qarabağ” UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanda MOİK-ə qarşı keçirəcəyi cavab oyunu öncəsi Sofiyada məşqə çıxmayacaq.
Sportnet.az paytaxt klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Vasil Levski” Milli Stadionunun meydançasında gəzinti ilə kifayətlənəcək.
MOİK-in baş məşqçisi və futbolçusunun iştirakı ilə mətbuat konfransı iyulun 29-da yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) baş tutacaq. Bolqarıstan təmsilçisi həmin gün saat 19:00-da “Pançarevo”dakı klub bazasında rəsmi məşqə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
“Qarabağ”ın mətbuat konfransı isə iyulun 29-da saat 20:45-də “Vasil Levski” stadionunun “Rodina” zalında keçiriləcək.
Azərbaycan komandası saat 21:00-da stadionun meydançasına çıxacaq, lakin burada məşq etməyəcək.
Qeyd edək ki, iyulun 30-da keçiriləcək MOİK – “Qarabağ” qarşılaşması saat 22:00-da başlayacaq.












































































