Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində cavab oyuna çıxıb.
Sportnet.az xəbər verir ki, Masazır klubu Finlandiyanın “KuPS” komandasının qonağı olub.
Kuopio Mərkəzi Stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 19:00-da başlanıb. Qarşılaşmanı İsraildən olan hakim Qal Leibovitz idarə edir.
Qeyd edək ki, Bakıda baş tutan ilk oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
KuPS (Finlandiya) - "Sabah" (Azərbaycan) - 0:0 (İKİNCİ HİSSƏ)
Qol:
Baş hakim: Qal Leibovitz (İsrail)
Kuopio Mərkəzi Stadionu














































































