"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, I Liqa təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşan Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 1:1 hesablı heç-heçəyə razılaşıb.
"Turan Tovuz"un yeganə qoluna İbrahima Vadji imza atıb.
Qeyd edək ki, Tovuz komandası daha əvvəl İranın 21 yaşlılardan ibarət yığması ilə üz-üzə gəlib və həmin matç da 1:1 hesabı ilə başa çatıb.












































































