Yeni mövsüm üçün heyət çalışmalarına start verən “Sumqayıt” futbolçu Emil Mustafayevin məxsus olduğu Ukraynanın “Polesye” klubu ilə transfer anlaşması əldə edib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi daha 2 mövsüm komandanın ğurları üçün çalışacaq.
Qeyd edək ki, ötən mövsüm "kimyaçılar"ın heyətində 14 oyuna çıxan Emil Mustafayev bu qarşılaşmalarda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.










































































