Azərbaycan futbolunun əfsanəvi simalarından olan Rəşad Sadıqov ilə bağlı maraqlı dialoq yaşanıb.
Sportnet.az-ın əməkdaşının Azərbaycan millisinin sabiq kapitanının vaxtilə çıxış etdiyi "Qarabağ" klubunda onun 14 nömrəli formasının əbədiləşdirilməsi barədə sualına komandanın baş məşqçisi Qurban Qurbanov zarafatla münasibət bildirib.
Təcrübəli mütəxəssis "14 nömrə? Bu, sual altındadır" deyərək gülümsəyib.
Qurbanovun bu fikrinə hazırda "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqov da gecikmədən cavab verib. O, zarafat tonunda:
"Qurban müəllimin sözünün üstünə söz demək olmaz" – deyərək gülüşlərə səbəb olub.
Qeyd edək ki, Rəşad Sadıqov futbolçu karyerasını "Qarabağ"da başa vurduqdan sonra onun geyindiyi 14 nömrəli forma klub tərəfindən dövriyyədən çıxarılıb və əbədiləşdirilib.















































































