Futbol üzrə dünya çempionatında Belçika Misirlə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, Sietl stadionunda keçirilən G qrupunun matçında qalib müəyyənləşməyib - 1:1.
Afrikalıların heyətində Emam Aşur (19), Avropa təmsilçisində isə Romelu Lukaku (66) diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 05:00-da İran Yeni Zelandiya ilə qarşılaşacaq.
G qrupu
Belçika - Misir 1:1
Qollar: Romelu Lukaku 66; Emam Aşur 19
Baş hakim: Ramon Abatti ( Braziliya )
Sietl stadionu
















































































