Tunisin paytaxtı Tunis şəhərində paraatletika üzrə beynəlxalq Qran-Pri start götürüb.
Sportnet.az xəbər verir ki, nüvə itələmə üzrə paraatlet Rüfət Rəfiyev F36 kateqoriyasında 13.78 metr nəticə ilə 2-ci olub.
Qeyd edək ki, 16-19 iyun tarixlərində keçirilən Tunis Qran-Prisində ölkəmizi nüvəitələmə növü üzrə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edirlər. Samir Nəbiyev və Ömər Bozbaxov nüvəitələmə ilə yanaşı, diskatma yarışlarında da qüvvələrini sınayacaqlar.



















































































