2026-cı il dünya çempionatında bu gün daha 2 qrupda II turun oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk iki qarşılaşması ilk turu böyük hesablı qələbələrlə başa vurmuş İsveç və Almaniya millilərinin iştirakı ilə gerçəkləşəcək.
F qrupunda yer alan İsveç yığması ilk turu heç-heçə ilə başa vurmuş Niderlandla üz-üzə gələcək. Qrupun digər görüşündə Tunis Yaponiyanı sınağa çəkəcək. Tunis ilk turda məhz İsveçə böyük hesabla uduzub - 1:5. Yaponiya isə Niderlandla məhsuldar heç-heçəyə nail olub - 2:2.
E qrupunun oyununda isə Almaniya Kot d`İvuarla üz-üzə gələcək. İlk turda Bundestim Kürasaonu 7:1, afrikalılar isə Ekvadoru 1:0 hesabı ilə yenib. Qrupda II turun digər matçında Ekvador Kürasao ilə qarşılaşacaq.
DÇ-2026
II tur
E qrupu
00:00. Almaniya - Kot d`İvuar
Baş hakim: Xuan Benites (Paraqvay)
Toronto (Kanada), "Bimo Fild" stadionu
04:00. Ekvador - Kürasao
Baş hakim: Ma Nin (Çin)
Kanzas Siti (ABŞ), "Errouhed" stadionu
Xal durumu: Almaniya - 3, Kot d`İvuar - 3, Ekvador - 0, Kürasao - 0
F qrupu
21:00. Niderland - İsveç
Baş hakim: Maykl Oliver (İngiltərə)
Hyuston (ABŞ), NRG stadionu
08:00. Tunis - Yaponiya
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Monterrey (Meksika), BBVA stadionu
Xal durumu: İsveç - 3, Yaponiya - 1, Niderland - 1, Tunis - 0.
Qeyd edək ki, daha əvvəl Meksika və ABŞ milliləri DÇ-2026-nın 1/16 finalına vəsiqəni təmin edib. Haiti və Türkiyə isə qrupda qalıb.

















































































