2026-cı il dünya çempionatında I qrupunda mübarizəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, qrupun açılış oyununda Fransa Seneqalla üz-üzə gəlib.
ABŞ-ın İst Raterford şəhərindəki "Metlayf" stadionunda təşkil olunmuş qarşılaşma avropalıların inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.
Matçı Avstraliyanı təmsil edən baş hakim Alireza Fağani idarə edib.
Didye Deşamın baş məşqçi olduğu komandanın ilk 2 qolunu Kilian Mbappe 66-cı, Bradli Barkola 82-ci dəqiqədə vurub. Barkola meydançaya daxil olduqdan cəmi 2 dəqiqə sonra bunu bacarıb.
Seneqal millisi 90+5-ci dəqiqədə İbrahim Mbaye fərqi azaltsa da, cəmi 1 dəqiqə sonra Mbappe özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Beləliklə, Fransa yığması mundiala qalibiyyətlə başlayıb.
Qeyd edək ki, qrupun digər oyununda İraq və Norveç milliləri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 2:00-da başlayacaq.




















































































