2026-cı il dünya çempionatının iştirakçısı olan İran milli komandası Meksikaya gəlib.
Sportnet.az xəbər verir ki, İran yığması və nümayəndə heyəti bazar günü səhər saatlarında Tixuana şəhərinə çatıb.
Komanda son bir neçə həftə ərzində təlim-məşq toplanışında olduğu Türkiyədən xüsusi reyslə Meksikaya yollanıb.
İran nümayəndə heyəti hava limanında polis və hərbçilər tərəfindən qarşılanıb. Komandanın gəlişi Yaxın Şərqdə İran və ABŞ arasında davam edən müharibə və bölgədəki gərgin vəziyyət səbəbindən ciddi təhlükəsizlik tədbirləri ilə müşayiət olunub.
Tixuanada təxminən 50 iranlı azarkeş futbolçuları qarşılayıb. Komandanın avtobusları hava limanından məskunlaşacaqları otelə qədər hərbi qüvvələrin müşayiəti ilə hərəkət edib.
Qeyd edək ki, İran millisi dünya çempionatında G qrupunda mübarizə aparacaq. Komanda ilk oyununu iyunun 15-də Yeni Zelandiyaya, ikinci matçını isə iyunun 21-də Belçikaya qarşı keçirəcək. Hər iki görüş Los-Anceles şəhərinin ətrafında təşkil olunacaq.
İran yığması qrup mərhələsindəki son qarşılaşmasını isə iyunun 26-da Sietldə Misir millisinə qarşı keçirəcək.
Iran's national team arrived in Mexico on Sunday ahead of the 2026 FIFA World Cup, coming as the US has reportedly not given visas to some members of the squad's accompanying delegation amid ongoing tensions between Washington and Tehran pic.twitter.com/eX60AuoKhc
— The New Region (@thenewregion) June 7, 2026














































































