"Qarabağ"ın sabiq futbolçusu Julio Romao karyerasını Rusiyada davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, braziliyalı 28 yaşlı dayaq yarımmüdafiəçisi ilə Ramzan Kadırovun himayəsində olan "Axmat" klubu maraqlanır.
Hazırda azad agent statusunda olan Romao son olaraq Macarıstanın "Ferentsvaroş" klubunda çıxış edib. "Transfermarkt" portalına görə, futbolçunun bazar dəyəri 800 min avrodur.
Julio Romao "Qarabağ"dan əvvəl Portuqaliyanın "Santa Klara" komandasının da formasını geyinib. O, ötən mövsüm "Ferentsvaroş"un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 1 qol vurub. Hələlik tərəflər arasında danışıqların nəticəsi ilə bağlı rəsmi açıqlama verilməyib.











































































