"İmişli" heyətini yeni qapıçı ilə gücləndirib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, bölgə təmsilçisi Sadiq Məmmədzadəni transfer edib.
i21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qolkiperlə 2 illik müqavilə imzalayıb.
Sadiq peşəkar futbol karyerasına "Səbail"də başlayıb və 7 il bu klubun formasını geyinib. Daha sonra "Qarabağ"ın əsas komandasına qoşulan qapıçı, son mövsümü icarə əsasında "Difai" klubunda keçirib.











































































