Azərbaycanlı FIFA referi köməkçisi Elşad Abdullayev UEFA-dan növbəti nüfuzlu təyinat alıb.
Sportnet.az xəbər verir ki, Abdullayev iyunun 28-dən iyulun 11-dək Uelsdə keçiriləcək 19 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edəcək.
O, çempionatın açılış günündə keçiriləcək Uels – İspaniya görüşündə yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Uelsin Reksem şəhərində yerləşən "The Racecourse Ground" stadionunda baş tutacaq qarşılaşmanın baş hakimi İsveçdən Yoakim Sars olacaq. Digər yan xətt hakimi də isveçli Simon Kristensson təyin edilib. Dördüncü hakim funksiyasını isə norveçli Marius Hansen Qrøtta yerinə yetirəcək.
Qeyd edək ki, Avropa çempionatına altı baş hakim, səkkiz hakim köməkçisi və iki dördüncü hakim təyinat alıb. Azərbaycanı yarışda yalnız FIFA referi köməkçisi Elşad Abdullayev təmsil edəcək.














































































