Bir neçə aydan sonra Serbiyada fəaliyyətə başlayacaq Milli Voleybol Mərkəzinə azərbaycanlı idmançıları dəvət edəcəyik.
Sportnet.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı Serbiyanın idman naziri Zoran Qayiç deyib.
Nazir qeyd edib ki, bu mərkəz kişilər və qadınlar daxil olmaqla, bütün kateqoriyalardan olan idmançıların təlim-məşq prosesində iştirakına imkan yaradacaq: “Beləliklə, azərbaycanlı dostlarımızı qəbul edə, onların bizimlə birgə məşq etməsinə və təcrübə mübadiləsi aparmasına şərait yarada biləcəyik. Ümid edirəm ki, bu, çox yaxın vaxtlarda baş tutacaq”.

















































































