Bakıda start götürən çövkən üzrə dünya çempionatının Azərbaycan və Özbəkistan milliləri arasındakı açılış oyununda insident baş verib.
Sportnet.az-ın məlumatına görə, 27-ci dəqiqədə meydan sahibləri 4:1 hesabı ilə öndə olduqları vaxt rəqib komandanın atları bir-biri ilə toqquşub.
Nəticədə çövkənçilərdən biri atdan yerə yıxılıb, digəri isə ayağından zədə alıb.
İlkin tibbi müayinədən sonra oyun davam etdirilib.
Qeyd edək ki, görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 4:2.












































































