"Abşeron Lions" basketbol klubunun adı dəyişdirilib.
Sportnet.az xəbər verir ki, komanda bundan sonra kimsə "Landau Lions" adı altında mübarizə aparacaq.
Kollektiv yeni adla tarixində ilk dəfə olaraq FIBA Çempionlar Liqasında iştirak edəcək. Komanda turnirdə mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Bu raundda 24 komanda əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
Rəqiblər və oyunların dəqiq tarixləri ilə bağlı məlumatlar yaxın zamanda açıqlanacaq.












































































