Ukrayna təmsilçisi "Polesye" "Qarabağ"ın futbolçusu Leandro Andrade ilə maraqlanır
Sportnet.az xarici KİV-ə istinadla xəbər verir ki, Jitomir klubu futbolçunun transferi ilə bağlı klub və oyunçunun nümayəndələri ilə birbaşa danışıqlar aparır. Mənbələrin məlumatına görə, tərəflər arasında aparılan danışıqlar yekun razılaşmaya yaxın mərhələdədir.
Futbolçunun transfer dəyəri "Transfermarkt" portalı tərəfindən 3,5 milyon avro qiymətləndirilir.
İddiaya görə, Ukrayna klubunun qarşı tərəfə ən azı 3 milyon avro ödəməsi tələb oluna bilər.
27 yaşlı yarımmüdafiəçinin 2027-ci ilin yayına qədər "Qarabağ"la müqaviləsi var.










































































