Bəhlul Mustafazadənin ümumi vəziyyəti pis deyil.
Sportnet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O, müdafiəçinin komanda ilə məşqlərə başladığını bildirib: "Sonradan ayağında ağrılar hiss etdi. Toplanışın ikinci mərhələsində bizimlə birgə məşqlərə başlaya bilər".















































































