İngiltərə təmsilçisi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda komandadan ayrılacaq.
Sportnet.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 2016-cı ilin iyulundan komandaya rəhbərlik edən ispaniyalı mütəxəssis 10 illik fəaliyyəti dövründə klub tarixinin ən uğurlu baş məşqçisi olub. Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” 20 böyük titul qazanıb.
Klubun açıqlamasında qeyd olunub ki, 55 yaşlı baş məşqçi postundan ayrılsa da, "City Football Group" ilə əməkdaşlığını davam etdirəcək. O, qlobal səfir və texniki məsləhətçi kimi qrupun müxtəlif layihələrində iştirak edəcək və klublarla əməkdaşlıq edəcək.
Qeyd edək ki, Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası, İngiltərə Kuboku və digər nüfuzlu turnirlərin qalibi olub.













































































