Azərbaycan Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Sabah"ın futbolçusu Xəyal Əliyev mükafatlandırılıb.
Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının mətbaut xidmətindən məlumat verilib.
May ayının ən yaxşı qolunun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun prezidenti Elxan Səmədov təqdim edib.












































































