Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Kamilla Məmmədova karyerasını Qazaxıstanda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, o, bu ölkənin "Şaxtyor" komandasına keçib.
Bu barədə Karaqandi təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb.










































































