İngiltərənin “Nottingem Forest” futbol klubu baş məşqçi vəzifəsinə avstriyalı mütəxəssis Oliver Qlasneri təyin edib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 51 yaşlı məşqçi bu vəzifədə Vitor Pereyranı əvəzləyib. Tərəflər arasında imzalanmış müqavilənin müddəti açıqlanmayıb.
Son olaraq İngiltərənin “Kristal Pelas” klubunda çalışan O.Qlasner əvvəlki karyerası ərzində “Rid”, “LASK Linz”, “Volfburq” və “Ayntraxt” komandalarını da çalışdırıb.











































































