Kurasao millisi 2026-cı il futbol üzrə dünya çempionatında iştirakı sayəsində Ginnesin Rekordlar Kitabına daxil edilib.
Sportnet.az xəbər verir ki, yığma dünya çempionatları tarixində unikal göstəriciyə imza ataraq, mundialda iştirak edən ən az əhaliyə malik ölkə kimi rekord müəyyənləşdirib. Ada dövlətinin ümumi əhalisi 156 min 115 nəfərdir. Bu göstərici futbol üzrə dünya çempionatlarının bütün tarixi ərzində iştirakçı ölkələr arasında ən aşağı əhali sayıdır.
Qeyd edək ki, Kurasao yığması DÇ-2026-nın debüt matçında Almaniya millisi ilə qarşılaşıb. Görüş Avorpa komandasının 7:1 hesablı qələbəsi ilə başa çatıb.






















































































