Belçika milli komandasının sağ cinah müdafiəçisi Tomas Menye İngiltərə Premyer Liqasında çıxış edən "Sanderlend" klubuna transfer olunub.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Transfer sərbəst agent statusunda reallaşıb.
Tomas Menye karyerası ərzində Fransanın PSJ, Almaniyanın Dortmund "Borussiya"sı, Fransanın "Lill", Belçikanın "Brügge" və "Virton", həmçinin Türkiyənin "Trabzonspor" klublarının da formasını geyinib.
Qeyd edək ki, ötən il İngiltərə Premyer Liqasına qayıdan "Sanderlend" 2025/2026 mövsümünü yeddinci pillədə başa vuraraq UEFA Avropa Liqasına vəsiqə qazanıb.













































































