UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi" və "Zirə"nin potensial rəqiblərinin siyahısı dəqiqləşib.
Sportnet.az-ın məlumatına görə, yarışa II təsnifat mərhələsindən qoşulacaq "Neftçi"nin potensial rəqibləri "Ludoqorets" (Bolqarıstan), "Rakuv" (Polşa), "Apollon" (Kipr) klublarından, həmçinin ilk təsnifat mərhələsində üz-üzə gələcək "Dinamo" (Albaniya) - "Astana" (Qazaxıstan), "Dinamo" (Belarus) - "Sileks" (Şimali Makedoniya) cütlərinin qaliblərindən biri olacaq. Püşkatma saat 15:00-da başlayacaq.
İlk təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubu ilə qarşılşacaq "Zirə"nin potensial rəqibləri isə AEK (Kipr), "ÇFR Kluj" (Rumıniya), "Spartak" (Slovakiya) klublarından biri və ya "Hegelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.












































































