İngiltərənin "Çelsi" klubu təcrübəli yarımmüdafiəçi Cordan Hendersenin transferini elan edib.
Sportnet.az xəbər verir ki, 36 yaşlı futbolçu "Brentford"dan London komandasına keçib. İngiltərə millisinin sabiq üzvü yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, "Sanderlend"in yetirməsi olan Cordan Hendersen 2011–2023-cü illərdə "Liverpul"un əsas heyətində çıxış edib və mersisaydlılarla bir çox titul qazanıb. Yarımmüdafiəçi karyerası ərzində, həmçinin "Koventri Siti", "Əl-Ettifaq" və "Ayaks" klublarının da şərəfini qoruyub.
















































































