Bakı Atıcılıq Kompleksində keçirilən güllə atıcılığı üzrə ölkə çempionatı uğurla başa çatıb.
Sportnet.az xəbər verir ki, beş gün davam edən çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 102 idmançı tapança və tüfəng növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qüvvələrini sınayıb.
Yarış proqramı üzrə ümumilikdə 160 start qeydə alınıb.
Yarışlar ərzində iştirakçılar yüksək idman ustalığı, dəqiqlik və peşəkarlıq nümayiş etdirərək gərgin idman mübarizəsi aparıblar.
Çempionatın yekununda aşağıdakı proqramlar üzrə qaliblər müəyyənləşib:
Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəşaçma yarışı
I yer – Xanna Əliyeva
Kişilər arasında 25 metr məsafəyə tapançadan atəşaçma yarışı
I yer – Ruslan Lunev
50 metr məsafəyə tüfəngdən 3 mövqedə atəşaçma yarışı
I yer – Əliməmməd Hüseynov
50 metr məsafəyə tapançadan atəşaçma yarışı
I yer – Rəsul Məmmədov
10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışı — kişilər
I yer – Hacı Musayev
10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışı — qadınlar
I yer – Sofiya Barxalova
10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışı
I yer – Ramiz Xəlilov
10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə qarışıq komanda yarışı
I yer – Hacı Musayev / Xanna Əliyeva
10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma üzrə qarışıq komanda yarışı
I yer – Ramiz Xəlilov / Jalə Bayramova











































































