Azərbaycanın FIFA referisi Tural Qurbanlı beynəlxalq təyinat alıb.
Sportnet.az xəbər verir ki, beynəlxalq dərəcəli gənc baş hakim UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin "Deçiç" (Monteneqro) - "Liepaya" (Latviya) matçını idarə edəcək.
Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə yan xətt hakimləri qismində yardımçı olacaqlar.
Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, bu, iki komanda arasında cavab görüşü olacaq. Monteneqronun Tuzi şəhərindəki "Tuşko Polye" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.








































































