Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə qarşılaşacaq "Sabah" iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportnet.az xəbər verir ki, siyahıda 2 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.
Qapıçılar: 1. Amin Ramazanov, 92. Stas Pokatilov;
Müdafiəçilər: 3. Stiv Solve, 4. Aden Makkarti, 5. Rəhman Daşdəmirov, 17. Tellur Mütəllimov, 27. Timoteuş Puxaç, 33. Junior Almeyda, 80. Akim Zedadka;
Yarımmüdafiəçilər: 6. Abdula Xaybulayev, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 11. Kahim Perris, 13. İvan Lepinitsa, 16. Rauf Rüstəmli, 19. Aaron Maluda, 88. Rodriqo Fernandeş, 89. Cəfər Muxtarov;
Hücumçular: 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 23. Yunes Laçab, 34. Ksander Severina, 99. Orfe Mbina
Qeyd edək ki, "Sabah" TNS-lə ilk oyunu iyulun 7-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.






































































