Almaniya milli komandasının baş məşqçisi Yulian Nagelsman vəzifəsindən azad edilib.
Sportnet.az-ın "Bild" nəşrinə istinadən məlumatına görə, Almaniya Futbol Federasiyası (DFB) 38 yaşlı mütəxəssislə əməkdaşlığa son qoyub.
DFB müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün Nagelsmana 7 milyon avro məbləğində təzminat ödəyəcək.
Nagelsman 2023-cü ildən Almaniya millisinə rəhbərlik edirdi. Onun DFB ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə idi.
Almaniya yığmasının 2026-cı il dünya çempionatında uğursuz çıxışı baş məşqçinin taleyini həll edib. Komanda 1/16 final mərhələsində Paraqvaya sensasiyalı şəkildə uduzaraq mübarizəni erkən dayandırıb. Bu nəticədən sonra həm ictimaiyyət, həm də futbol mütəxəssisləri tərəfindən Naqelsmana ciddi tənqidlər ünvanlanıb.







































































